EN

Türkiyə universitetlərində bir sıra ixtisaslar üzrə qəbul azaldılacaq

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ankara, 16 fevral, AZƏRTAC

Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar müxtəlif ixtisaslar üzrə dövlət və özəl universitetlərə qəbulun azaldılacağını bildirib.

AZƏRTAC xəbər verir ki, o, xüsusilə, hüquqşünaslıq, stomatologiya, əczaçılıq və memarlıq kimi ixtisaslara qəbulda ixtisar aparılacağını vurğulayıb.

Şura rəhbərinin sözlərinə görə, hüquqşünaslıq ixtisası üzrə özəl universitetlərə abituriyent qəbulu 45 faiz azaldılacaq.

“Biz ölkənin ən çox ehtiyac duyduğu sahələrdə mütəxəssislərin hazırlanmasına diqqət yetiririk, eyni zamanda çox sayda məzun yetişdirən fakültələrə qəbulu azaldırıq”, - deyə Özvar izah edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
91
4
azertag.az

8Sources