MAQATE direktoru Rafael Qrossi İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparıb. Cenevrədə sabah keçirilməsi planlaşdırılan vacib danışıqlara hazırlıq məqsədilə Abbas Əraqçi ilə “dərin texniki məsləhətləşmələri yenicə başa vurdum, – Rafael Qrossi bildirib. Lakin Qrossi məsləhətləşmələrin məzmununu açıqlamayıb.
Qeyd edək ki, İran və ABŞ arasında nüvə danışıqlarının yeni mərhələsi 17 fevralda keçiriləcək. Məkan Omanın BMT-dəki Daimi Nümayəndəliyi olacaq. Tərəflər əvvəllər fevralın əvvəlində Omanda danışıqlar aparıblar. ABŞ prezidenti Donald Tramp onların nəticələrini yüksək qiymətləndirib.
//Samir Qurbanov, Editor.az