EN

Yanvarda ixrac olunan neft koksunun dəyəri 23 dəfə artıb

2026-cı ilin yanvar ayında ölkədən neft koksunun ixracı 6 dəfə artaraq 23,5 min ton təşkil edib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 23 dəfə artaraq 9 milyon 644,6 min dollar olub.

Xatırladaq ki, 2025-ci ilin eyni dövründə Azərbaycandan 3,9 min ton və ya 410,7 min dollar dəyərində neft koksu ixrac edilib.

Chosen
42
2
azerbaijan-news.az

3Sources