EN

Qar uçqunu nəticəsində 3 xizəkçi ÖLDÜ

ain.az bildirir, Redaktor.az portalına istinadən.

İtaliyanın şimal-qərbində, Valled’Aosta bölgəsinin Kurmayor xizək kurortunda baş verən qar uçqunu nəticəsində üç fransalı dağ-xizəkçisi həyatını itirib.

Redaktor.az xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” nəşri məlumat yayıb.

Məlumata görə, yaşı 29-35 arasında olan xizəkçilər uçqun təhlükəsinin əvvəlcədən elan olunduğu ərazidə olublar. Həmin zonada 2 400 metrədək yüksəklikdə təhlükə səviyyəsi beşballıq şkala üzrə üç bal, daha yüksək ərazilərdə isə dörd bal qiymətləndirilib.

Xilasetmə əməliyyatına dağ-xilasetmə xidmətinin əməkdaşları, kinoloji qruplar və iki helikopter cəlb olunub. Xizəkçilər təxminən bir yarım metr qalınlığında qar qatının altında qalıblar. Həkimlər onların həyatını xilas edə bilməyiblər.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
46
1
redaktor.az

2Sources