EN

Cəlilabadda 52 yaşlı kişi qətlə yetirilib, kürəkəni saxlanılıb​​​​​

Cəlilabadda qətl hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə fevralın 16-da saat 13 radələrində Cəlilabad rayonu ərazisində qeydə alınıb. Rayon sakini 52 yaşlı Azər Baxşiyev kəsici alətlə aldığı xəsarətdən xəstəxanaya çatdırılıb və orda ölüb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən qətli törədənin qayınatasıdır.

Araşdırma aparılır.

Chosen
95
4
apa.az

10Sources