EN

Azərbaycan bu il 11 ölkəyə 2 mln. tona yaxın neft ixrac edib - Siyahı 

Bu ilin yanvar ayında Azərbaycan İtaliyaya 861 652,23 min ABŞ dolları dəyərində 1 847 915,54 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb...

Poliqon-nun Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə - red.) ikinci yerdə Rumıniya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 93 673,99 min dollar dəyərində 197 053,85 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda (həcm və dəyərinə görə) üçüncü yerə Portuqaliya tutur. Yanvar ayında bu ölkəyə 44 337 min dollar 93 590,26 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 11 ölkəyə 1 238 082,05 min dollarlıq 2 642 930,94 445,56 ton neft ixrac edib.

Poliqon.info

Chosen
54
2
poliqon.info

4Sources