EN

Azərbaycanın xarici ticarət dövriyyəsi azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən ay Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 3 milyard 538 milyon ABŞ dolları olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 552 milyon dollar və ya 30,5% azdır.

Son 1 ildə Azərbaycanın ixracı 26,4% azalaraq 2 milyard 236 milyon ABŞ dollarına, idxalı isə 36,5% azalaraq 1 milyard 302 milyon ABŞ dollarına enib.

Nəticədə xarici ticarətdə 933.6 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,3 dəfə az olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
103
1
banco.az

10Sources