AZ

Könüllü tibbi sığorta üzrə daha az yığılıb, daha çox ödənilib - RƏQƏMLƏR

Azərbaycanda 2026-cı ilin yanvar ayı ərzində könüllü tibbi sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.

FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar ayı ərzində bu növ sığorta üzrə yığımlar 51 milyon 669 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 644 min manat və ya 11,4% azdır. 2025-ci ilin eyni dövründə bu göstərici 58 milyon 313 min manat təşkil edib.

Bu dövrdə bu növ sığorta ödənişləri 6 milyon 854 min manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 883 min manat və ya 37,9% çoxdur. Ötən ilin eyni dövründə 4 milyon 971 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 13,3% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 4,8 faiz bəndi artıb. 2025-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 8,5% təşkil edib.

Seçilən
2
1
fed.az

10Mənbələr