EN

Nə raketin, nə topun, nə də mina təsir edə bilməyəcəyi PARS ALPHA zirehli maşını

Türkiyənin müdafiə sənayesi  5-ci nəzil zirehli PARS ALPHA-nı təqdim etməklə dünyada tayı bərarbəri olmayan bir uğura imza atıb.

Ölkə.az  xəbər verir ki, yeni nəsil PARS ALPHA-nın ən böyük üstünlüyü rəqib nəqliyyat vasitələri ilə müqayisədə üstün ballistik qoruma, ön təkərlərdəki minalara qarşı yüksək qoruma və yanlarda doğaçlama partlayıcı qurğu (PQQ) qorunmasına malikdir. Yəni hər hansı raketlə, top mərmisi ilə vurulsa, minaya düşsə belə  texnikaya heç nə olmur. Bunlar bugünkü asimmetrik müharibə mühitində son dərəcə vacibdir. Bütün bu qoruma, daxili məkan, hərəkətlilik və aşağı silueti birləşdirdikdə inanılmaz bir qabiliyyət ortaya çıxır. Bəzi nəqliyyat vasitələrində bu xüsusiyyətlərdən bəziləri, digərlərində isə digər xüsusiyyətlər var, lakin PARS ALPHA ilə bütün bu xüsusiyyətləri bir araya gətirən bir nəqliyyat vasitəsidir Bütün bu səbəblərə görə PARS ALPHA  zirehli nəqliyyat vasutələrinin "şah əsəri"  hesab olunur.

Bu zirehli texnika artıq heç bir maneə tanımır. Nəqliyyat vasitəsinin körpüyə ehtiyac olmadan 2 metr 40 santimetrlik boşluqlardan keçə biləcəyini və 80 santimetrlik şaquli maneələri təkbaşına dəf etmək qabliyyətinə malikdir. 
Buna görə də, dünyanın istənilən yerində, istənilən şəraitdə həmin nəqliyyat vasitələri ilə üz-üzə rəqabət apara bilən bir nəqliyyat vasitəsidir.

Mürtəza

Chosen
105
1
olke.az

2Sources