EN

Zelenski: ABŞ-nin "Rosatom"a qarşı sanksiyaları avropalılar üçün güclü siqnal olacaq

ABŞ istəsə atom energetikası da daxil olmaqla Rusiyanın bütün energetika sektoruna sanksiyalar tətbiq edə bilər.

"Far.Az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında yazıb.

"ABŞ Prezidenti Donald Tramp "Lukoyl" və "Rosneft"ə qarşı sanksiyalar tətbiq etməklə qətiyyətli addımlar atdı. Biz ona minnətdarıq. O, onların bütün energetika sektoruna, xüsusilə də atom energetikasına qarşı sanksiyalar tətbiq edə bilər. Bu isə avropalılar üçün güclü siqnal olacaq", - o yazıb.

Bununla yanaşı, Ukrayna Prezidenti xüsusilə Rusiyanın "Rosatom" dövlət korporasiyasına, eləcə də onun rəhbərliyinə və ailə üzvlərinə qarşı sanksiyaların tətbiqinə çağırıb.

"Avropalılar çox iş görüblər. Lakin onlar hələ Rusiyanın atom energetikasına, "Rosatom"a, bu pulların hesabına Avropada, ABŞ-də yaşayan, bu gəlirlərlə Avropa universitetlərində təhsil haqqını ödəyən, ABŞ-də daşınmaz əmlaka sahib olan insanlara, onların qohumlarına və uşaqlarına qarşı sanksiya tətbiq etməyiblər. Onlar hər yerdə uşaqlarına və qohumlarına maliyyə dəstəyi göstərirlər", - o qeyd edib.

Chosen
76
2
far.az

3Sources