EN

“Barselona” Kundeyə böyük məbləğdə qiymət qoyub

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Barcelona”nın 27 yaşlı cinah müdafiəçisi Jül Kunde yay transfer pəncərəsində klubunu dəyişə bilər.

İdman.Biz xəbər verir ki, oyunçunu transfer etməkdə “Real Madrid” daha israrlıdır.

Məlumatda həmçinin qeyd olunur ki, “Barcelona” rəhbərliyi futbolçunu satmaq istəmir, lakin 60-80 milyon avro civarında təklif daxil olarsa, klub bunu nəzərdən keçirəcək.

Cari mövsümdə Kunde bütün turnirlər üzrə 36 oyuna çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Barcelona” ilə mövcud müqaviləsi 2030-cu ilin ortalarına qədər nəzərdə tutulub.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
icma.az

2Sources