Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiya ilə Ukrayna arasında Cenevrədə müzakirə olunacaq məsələlərin dairəsi, o cümlədən ərazi məsələləri Əbu-Dabi görüşündəkindən daha geniş spektrli olacaq.
Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu dəfə həm ərazi, həm də digər bütün əsas nüanslarla bağlı olan məsələlər də daxil olmaqla daha geniş məsələləri müzakirə etmək niyyətindəyik. Bu məsələlər, əslində, bizim tələblərimizlə bağlıdır. Baş danışıqçı, yəni Vladimir Medinskinin iştirakı artıq vacibdir", - deyə Kremlin sözçüsü izah edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.