Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bu il Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı məlum olub.
“Cebheinfo.az” xəbər verir ki, bu ilin ilk Su çərşənbəsi fevralın 24-nə təsadüf edir.
Ardıcıl olaraq martın 3-də Od, martın 10-da Yel, martın 17-də isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq.
Azərbaycanda Novruz bayramı martın 20-24-də qeyd olunacaq. Bu il yaz fəsli Azərbaycana martın 20-də, saat 18:46-da daxil olacaq.
Qeyd edək ki, müqəddəs Ramazan ayın fevralın 18-nə təsadüf edəcəyi gözlənilir. İlk oruc isə fevralın 19-u, ayın görünməsinə əsasən başlayacaq.
Ramazan bayramının isə martın 20-də qeyd ediləcəyi proqnozlaşdırılır. Martın 20-si və 21-i isə Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.