EN

Orbandan Zelenskiyə CAVAB: Xoşuna gəlsə də, gəlməsə də...

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Ukrayna Prezidenti Volodimir Zelenskinin hücumları mövqeyimizi dəyişməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

O, Kiyevin Avropa İttifaqına (Aİ) üzv olma ehtimalından söz açıb.

“Son bir həftə ərzində Ukraynadan siyasi hücumlar yeni səviyyəyə çatıb. Amma mən Macarıstanın Baş naziri olaraq, macar xalqının qərarının icrasını təmin etməyə borcluyam. Prezident Zelenskinin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, bunu dəfələrlə edəcəyəm”, – deyə Orban bildirib.

Qeyd edək ki, 14 fevralda Zelenski Münxen Təhlükəsizlik Konfransında Viktor Orban haqqında danışıb. “Macarıstan baş naziri ordunu gücləndirməkdənsə, qarnının böyüməsi barədə düşünür”, – deyə o bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
67
32
globalinfo.az

10Sources