EN

"Tarixin oyunu"nun ilk qalibi 1000 manat qazandı - VİDEO

AzTV-nin efirində Azərbaycan televiziya məkanında ilk dəfə olaraq tarixi mövzunu özündə əks etdirən intellektual yarış – “Tarixin oyunu” layihəsi fevralın 15-də ilk buraxılışı ilə tamaşaçıların ixtiyarına verilib.

Ümumi uduş fondu 10 000 manat təşkil edən layihənin ilk efirinin qalibi ixtisasca riyaziyyatçı olan iştirakçı olub. O, sualları düzgün cavablandıraraq 1 000 manat məbləğində mükafat qazanıb.

Onu da qeyd edək ki, iştirakçı qazandığı məbləği uşaq evinə bağışlayacağını bildirib.

“Tarixin oyunu” layihəsini hər həftənin bazar günü saat 22:00-da AzTV-nin efirində izləyə bilərsiniz.

Daha ətraflı keçiddə:

"Cebheinfo.az"

Chosen
27
1
cebheinfo.az

2Sources