ain.az bildirir, Axar.az portalına istinadən.
Ukraynanın Bryanskdakı enerji obyektlərinə hücumu nəticəsində istilik və elektrik enerjisi qismən kəsilib.
Axar.az xəbər verir ki, bunu regionun rəhbəri Aleksandr Boqomaz deyib.
Rusiya mediasının məlumatına görə isə bəzi çoxmərtəbəli binalarda istilik və elektrik enerjisi kəsildiyi vaxtda isti su da müvəqqəti olaraq kəsilib:
“Evlərə istilik və elektrik enerjisinin verilməsi qısa müddətdən sonra bərpa edilib”.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, 15 fevral saat 20:00 ilə 23:00 arasında hava hücumundan müdafiə qüvvələri Bryansk bölgəsi üzərindən uçan 49 Ukrayna dronunu ələ keçirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.