EN

“Arsenal”ın istədiyi 100 milyonluq hücumçu

“Arsenal” “Leyptsiq”də çıxış edən Yann Diomandeni heyətinə qatmaq istəyir.

Msport.az xəbər verir ki, bu transfer yayda gerçəkləşə bilər.

“Topçular” Fil Dişi Sahilidən olan 19 yaşlı vingeri Qabriel Martinelliyə potensial əvəzləyici kimi nəzərdən keçirir. Bundesliqa klubu oyunçu üçün 100 milyon avroluq təklifi nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, 2025-ci ilin yayından “Leyptsiq”in formasını geyinən afrikalı futbolçu cari mövsüm 24 oyunda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.

Chosen
95
msport.az

1Sources