EN

Vüsalədən şok ETİRAF: “Atası 8 ildir qızımı axtarmır” – VİDEO

Aparıcı Vüsalə Əlizadə qızı Diləkin atası Azər Zahidlə görüşməməsinin səbəbini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Vüsalə “Pərvizə görə” verilişində danışıb.

O bu situasiyanı qarşı tərəfin yaratdığını bildirib:

“İndi heç bir problemim yoxdur ki, danışım, ya danışmayım. Ümumiyyətlə 8 ildir Diləki axtarmırlar. Nə zəng edirlər, nə mesaj yazırlar. Düzdür, Dilək böyüyüb, hər şeyi başa düşür. Bu, ona ciddi təsir göstərir. Bilirsiniz ki, mən heç vaxt danışmamışam. Heç bir halda zəng etmirlər.
 

İndi 14 yaşı var, onun ağlında pis nəsə qalmasın deyə heç bir pis fikir səsləndirmirəm. Bütün yazıla biləcək, görə biləcəyi xəbər portallarını onun üçün bloklamışam ki, qarşısına çıxmasın. Çünki bəlli bir dövr var idi, istəmədim ki, uşağımın ürəyi yaralansın”.


Qeyd edək ki, Azər və Vüsalə 2013-cü ildə qalmaqallı şəkildə boşanıb. 2016-cı ildə Azər ikinci dəfə ailə qurub. İkinci evliliyini də bitirən Azər 2019-da üçüncü dəfə ailə qurub.


Sara, Bizim.Media

Chosen
40
1
bizim.media

2Sources