EN

Bakı küçələrində BMW karvanı: E60 həvəskarları şəhəri fəth etdi – FOTO

Fevralın 15-də avtomobil həvəskarlarını bir araya gətirən “E60 Club Azerbaijan” növbəti möhtəşəm görüşünü keçirib.

Yenicag.az xəbər verir ki, paytaxt küçələrində təşkil olunan yürüşdə müxtəlif rəng və modifikasiyalarda olan BMW E60 modelləri kolonna halında hərəkət edərək şəhər sakinlərinin böyük marağına səbəb olub.

Klub üzvlərinin əsas məqsədi həm avtomobil mədəniyyətinin inkişafını təşviq etmək, həm də cəmiyyətə təhlükəsiz və nizamlı sürüş nümunəsi nümayiş etdirməkdir. Yürüş boyu nümayiş olunan intizamlı hərəkət və sürücülər arasındakı qarşılıqlı həmrəylik tədbirə xüsusi rəng qatıb.

Tədbirin yekun nöqtəsi isə paytaxtın simvolik məkanlarından biri Dövlət Bayrağı Meydanı olub. Burada avtomobillər xüsusi düzülüşlə park edilərək xatirə fotoları çəkilib, iştirakçılar arasında ünsiyyət və təcrübə mübadiləsi aparılıb.

Klub nümayəndələri bildiriblər ki, bu cür görüşlər həm sürücülər arasında dostluq əlaqələrini gücləndirir, həm də avtomobil həvəskarlarını vahid platformada birləşdirir. Şəhər sakinləri tərəfindən də maraqla qarşılanan yürüş paytaxtın həftəsonu ritminə fərqli dinamika qatıb.

DOĞRU.AZ

image-media-whatsapp-image-2026-02-16-at-12-28-49-ko0b9a image-media-whatsapp-image-2026-02-16-at-11-04-59-eitk5h image-media-whatsapp-image-2026-02-16-at-11-04-59-1-s2p150 image-media-whatsapp-image-2026-02-16-at-11-06-54-2mfg80 image-media-whatsapp-image-2026-02-16-at-11-04-59-2-gypf3j image-media-whatsapp-image-2026-02-16-at-11-04-59-3-zumj7y image-media-whatsapp-image-2026-02-16-at-11-06-07-ys64lt image-media-whatsapp-image-2026-02-16-at-12-28-50-1-3aysnc image-media-whatsapp-image-2026-02-16-at-12-28-50-biygs0

Chosen
12
3
dogru.az

4Sources