EN

Nazirin yeni müavini: Nəbiyev məşhur hüquqşünasın oğludur

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyində (FHN) yeni nazir müavini təyinatı olub.Modern.az xəbər verir ki, indiyə kimi FHN-nin Baş yanğın təhlükəsizliyi eksperti vəzifəsində çalışan daxili xidmət general-mayoru Yusif Nəbiyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini postuna irəli çəkilib.

Yusif Nəbiyevin Naxçıvan Muxtar Respublikasında anadan olduğu bildirilir.O, Əməkdar hüquqşünas, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri (2000–2011), həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri (2011–2022) vəzifələrində çalışmış Mahmud Nəbiyevin oğludur.

Yeni nazir müvini babasının ad-soyadını daşıyır. Onun babası Yusif Mustafa oğlu Nəbiyev Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (1970–1979), Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi (1979–1980) vəzifələrində işləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
modern.az

2Sources