EN

Epşteyn işində daha 300 tanınmış şəxs

ABŞ-nin baş prokuroru Pem Bondi amerikalı maliyyəçi Ceffri Epşteynin sənədlərində yer alan 300-dən çox tanınmış şəxsin adını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Foks Nyus” Bondinin Konqres üzvlərinə göndərdiyi məktuba istinadla məlumat yayıb.

Məlumata görə, siyahıda “Epşteyn işi” sənədlərində adı çəkilən bütün sabiq və hazırkı vəzifəli şəxslər və ya siyasi tanınmışlar var.

Siyahıda adları qeyd olunanlar arasında ABŞ-nin 42-ci Prezidenti Bill Klinton, 46-cı Prezident Co Bayden, “Microsoft” şirkətinin təsisçilərindən biri Bill Qeyts, müğənni Beyons, Britaniya şahzadəsi Harri, erməni əsilli porno-ulduz Kim Kardaşyan, Kardaşyan, musiqiçilər Kurt Kobain, Brüs Sprinqstin və digər məşhurlar var.

“Baş prokurorun məktubuna görə, Ədliyyə Nazirliyi insan alveri, sənədlərin gizlədilməsi halları və sair kimi məlumatlar da daxil olmaqla, doqquz kateqoriyaya aid olan bütün qeydləri, sənədləri, kommunikasiyaları və istintaq materiallarını açıqlayıb. Materiallar utanc, nüfuza xələl gətirmə və ya siyasi həssaslıq səbəbindən redaktə edilməyib”, – kanal bildirib.

Chosen
119
nocomment.az

1Sources