EN

"Qarabağ - Qafqaz albaniyası abidələri" adlı tammetrajlı bədii-sənədli filminə 100 min xərclənəcək

"Qarabağ - Qafqaz albaniyası abidələri" adlı tammetrajlı bədii-sənədli filmin istehsalının həyata keçirilməsi xidmətlərinə və hüquqlarının alınmasına 100 000 AZN sərf olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi vəsaiti “Rakurs Film-Media” MMC-yə ödəyəcək.

 

Bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 16 Fevral 2026, 09:54   
Chosen
105
pravda.az

1Sources