Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Azərbaycanla oyunları səbirsizliklə gözləyirik”
Lixtenşteyn yığmasının baş məşqçisi Konrad Fünfstüx Millətlər Liqasının püşkünü dəyərləndirib.
QOL.az xəbər verir ki, sözügedən komanda D Liqasının 2-ci qrupunda Azərbaycan və Litvanın rəqibidir.
Mütəxəssis isə fikirlərində Azərbaycan millisi ilə keçirəcəkləri oyunlara da toxunub:
“Litva və Azərbaycan C Liqasından düşən iki komandadır. Şübhəsiz ki, mümkün qədər tez C Liqasına qayıtmaq istəyəcəklər. Ona görə də motivasiyalı rəqiblər gözləyirəm. Biz bu mübarizəni qəbul edirik və maraqlı qarşılaşmaları səbirsizliklə gözləyirik.”
Qeyd edək ki, millimizlə Lixtenşteyn arasında oyunlar 1 oktyabr və 13 noyabr tarixlərində keçiriləcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.