EN

“Şamaxı” “Turan Tovuz”a, “Qəbələ” “Sabah”a qarşı

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

“Şamaxı” “Turan Tovuz”a, “Qəbələ” “Sabah”a qarşı

Bu gün Misli Premyer Liqasında 20-ci tura yekun vurulacaq. 

QOL.az xəbər verir ki, sonuncu oyun gününə 2 matç nəzərdə tutulub. 

Əvvəlcə “Şamaxı” “Turan Tovuz”u qəbul edəcək. Görüş saat 14:30-da başlayacaq. Bu komandaların ilk dövrədəki oyununda "Turan Tovuz" qalib gəlib - 2:1.

Digər matçda isə lider “Sabah” “Qəbələ”nin qonağı olacaq. Bu oyun saat 17:00-da start götürəcək. Komandaların ilk dövrədə keçirilən matçında "Sabah" 1:0 hesablı qələbə qazanıb.Misli Premyer Liqası, 20-ci tur

16 fevral 

14:30. "Şamaxı" – "Turan Tovuz"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Emin Əliyev

Şamaxı şəhər stadionu

17:00. "Qəbələ" – "Sabah" 

Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov

VAR: Kamranbəy Rəhimov

AVAR: Elvin Bayramov

Qəbələ şəhər stadionu

14 fevral 

"İmişli" - "Qarabağ" - 0:1

"Zirə" - "Karvan-Yevlax" - 1:0

15 fevral 

"Araz-Naxçıvan" - "Sumqayıt" - 1:0

"Kəpəz" - "Neftçi" - 1:3 

Bombardirlər:

Coy-Lens Mikels (“Sabah”) - 9 qol

Velko Şimiç (“Sabah”) - 9 qol 

Bassalu Sambu ("Neftçi") - 9 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol

Toral Bayramov (“Qarabağ”) - 7 qol

Karim Rossi ("Şamaxı") - 7 qol

Dioqo Almeyda ("İmişli") - 7 qol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
56
49
qol.az

10Sources