Bu gün Misli Premyer Liqasında 20-ci tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, sonuncu oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb.
Əvvəlcə “Şamaxı” “Turan Tovuz”u qəbul edib. Oyunda 0:0 hesabı qeydə alınıb. Bu komandaların ilk dövrədəki oyununda "Turan Tovuz" qalib gəlib - 2:1.
Digər matçda isə lider “Sabah” “Qəbələ”nin qonağı olacaq. Bu oyun saat 17:00-da start götürəcək. Komandaların ilk dövrədə keçirilən matçında "Sabah" 1:0 hesablı qələbə qazanıb.
Misli Premyer Liqası, 20-ci tur
16 fevral
14:30. "Şamaxı" – "Turan Tovuz" - 0:0
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Emin Əliyev
Şamaxı şəhər stadionu
17:00. "Qəbələ" – "Sabah"
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Elvin Bayramov
Qəbələ şəhər stadionu
14 fevral
"İmişli" - "Qarabağ" - 0:1
"Zirə" - "Karvan-Yevlax" - 1:0
15 fevral
"Araz-Naxçıvan" - "Sumqayıt" - 1:0
"Kəpəz" - "Neftçi" - 1:3

Bombardirlər:
Coy-Lens Mikels (“Sabah”) - 9 qol
Velko Şimiç (“Sabah”) - 9 qol
Bassalu Sambu ("Neftçi") - 9 qol
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol
Toral Bayramov (“Qarabağ”) - 7 qol
Karim Rossi ("Şamaxı") - 7 qol
Dioqo Almeyda ("İmişli") - 7 qol