Sankt-Peterburqda meymunçiçəyi (mpox) virusuna iki yoluxma faktı rəsmi olaraq təsdiqlənib.
Ekologiya.az xəbər verir ki, xəstələr orta ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Həkimlərin məlumatına görə, xəstəliyin əsas əlamətləri bunlardır:
yüksək hərarət,
ümumi intoksikasiya və halsızlıq,
limfa düyünlərinin böyüməsi,
dəridə əvvəl ləkə, sonra isə irinli yaraya çevrilən səpkilər,
Virus yaxın təmas zamanı ötürülür — həm heyvandan insana, həm də insanlar arasında.
Bundan əvvəl oxşar hallar Moskva vilayətinin Domodedovo şəhərində də qeydə alınmışdı. Orada ilk xəstənin kontaktları da daxil olmaqla üç nəfər yoluxmuşdu.
Musavat.com