EN

Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiyadan, İrqadan, Qazaxıstan həyata keçirib

Marja.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyənin ümumi neft və neft məhsulları idxalı 2025-ci ilin dekabr ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 8,2 faiz artaraq 4 milyon 539 min 836 tona çatıb.

Marja.az Türkiyənin "Enerji Piyasası Düzenleme Kurumu"nun (EPDK) 2025-ci ilin dekabr ayına dair “Neft Bazarı Sektoru Hesabatı”na istinadən xəbər verir ki, Türkiyənin ümumi neft idxalında ən böyük payı təşkil edən xam neft idxalı 18 faiz artaraq 2 milyon 923 min 92 ton olub.

Bu dövrdə dizel növlərinin idxalı da 7,6 faiz artaraq 1 milyon 240 min 30 tona yüksəlib. İdxalın qalan hissəsini benzin və mazut növləri, aviasiya və dənizçilik yanacaqları ilə digər məhsullar təşkil edib.

Beləliklə, ümumi idxal 2025-ci ilin dekabr ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 8,2 faiz artaraq 4 milyon 539 min 836 ton olub.

Ən çox xam neft və neft məhsulları idxalı 2 milyon 158 min 624 tonla Rusiyadan, 852 min 937 tonla İraqdan və 426 min 754 tonla Qazaxıstan həyata keçirilib. 

Daxili bazarda benzin satışları 2025-ci ilin dekabr ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 22,2 faiz artaraq 501 min 114 tona yüksəlib. Neft məhsullarının satışları 11,4 faiz artaraq 3 milyon 58 min 401 ton, dizel satışları isə 9,8 faiz artaraq 2 milyon 414 min 773 ton olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
57
2
marja.az

3Sources