Misli Premyer Liqasında XX tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, qapanış matçında "Qəbələ" lider "Sabah"ı qəbul edəcək.
Görüş saat 17:00-da başlayacaq.
Tərəflər cari mövsümdə artıq 2 dəfə qarşılaşıb.
Premyer Liqadakı oyun "bayquşlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Kubokdakı qarşılaşmada isə qapılara qol vurulmayıb.
Misli Premyer Liqası, XX tur
16 fevral (bazar ertəsi)
17:00 “Qəbələ” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Qəbələ şəhər stadionu