EN

19 illik evlilikdən sonra bacı qardaş olduqlarını öyrəndilər

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Braziliyada 19 illik evli cütlük həyatlarının ən böyük şokunu yaşayıb. Adriana və Leandro illərdir axtardıqları analarının eyni insan olduğunu öyrəniblər.Demokrat.az xəbər verir ki, uşaq yaşlarında anaları tərəfindən tərk edilən cütlük hər zaman doğma valideynlərini tapmağa çalışıb. Hər ikisinin anasının adının Mariya olması başlanğıcda sadə təsadüf kimi görünsə də, acı həqiqət yerli radio proqramlarının birində üzə çıxıb. Canlı yayım zamanı qadının digər övladının adının Leandro olduğu məlum olanda studiyada gərgin anlar yaşanıb.Bir qız övladları olan cütlük bu xəbərdən sarsılsa da, bir-birlərinə olan sevgilərinin dəyişmədiyini bildiriblər. Onlar qohumluq əlaqəsini öyrəndikdən sonra da ailə olaraq qalmağa və münasibətlərini davam etdirməyə qərar veriblər.Kənan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
39
demokrat.az

1Sources