Azərbaycan Şahmat Federasiyasından Yenicag.az-a verilən məlumata görə, yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov cavab görüşündə Əhməd Əhmədzadə ilə heç-heçə oynayıb. İki partiyanın yekun nəticəsinə əsasən, 1,5:0,5 hesabı ilə qalib gələn Ş.Məmmədyarov yarımfinala vəsiqə qazanıb.
Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ikinci partiyaları keçirilib.