AZ

Üç şahmatçı yarımfinala yüksəldi - Azərbaycan çempionatı

Bakı. Trend:

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsininikinci partiyaları keçirilib.

Azərbaycan Şahmat Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın reytinqfavoriti Şəhriyar Məmmədyarov cavab görüşündə Əhməd Əhmədzadə iləheç-heçə oynayıb. İki partiyanın yekun nəticəsinə əsasən, 1,5:0,5hesabı ilə qalib gələn Ş.Məmmədyarov yarımfinala vəsiqəqazanıb.

Qadınların yarışında Ülviyyə Fətəliyeva hər iki partiyada qalibgəldiyi Səbinə İbrahimovanı turnirdən kənarlaşdırıb. 2:0 hesablıqələbə sayəsində Ülviyyə Fətəliyeva yarımfinalda mübarizə aparmaqimkanı əldə edib. Azərbaycan çempionatının ötənilki qalibi GünayMəmmədzadə hər iki partiyada Ayan Allahverdiyevaya məğlub olaraqyarışı tərk edib.

Read Səmədov-Rauf Məmmədov, Eltac Səfərli-Məhəmməd Muradlı,Nicat Abasov-Aydın Süleymanlı görüşlərində qalib müəyyənləşməyib.Nərmin Abdinova-Türkan Məmmədyarova və Gülnar Məmmədova-XanımBalacayeva duellərində də heç-heçə qeydə alınıb. Bu cütlüklərdənövbəti mərhələyə vəsiqənin taleyi sabah keçiriləcək tay-brekdəməlum olacaq.

Beləliklə, hazırda 3 şahmatçı – Şəhriyar Məmmədyarov, ÜlviyyəFətəliyeva və Ayan Allahverdiyeva adını ölkə çempionatınınyarımfinalına yazdırıb.

Seçilən
15
6
az.trend.az

10Mənbələr