EN

Üç şahmatçı adını ölkə çempionatının yarımfinalına yazdırıb

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ikinci partiyaları keçirilib.

İdman.Biz xəbər verir ki, yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov cavab görüşündə Əhməd Əhmədzadə ilə heç-heçə edib. İki partiyanın yekununa əsasən 1,5:0,5 hesabı ilə üstün olan qrossmeyster yarımfinala vəsiqə qazanıb.

Qadınların mübarizəsində Ülviyyə Fətəliyeva hər iki partiyada məğlub etdiyi Səbinə İbrahimovanı turnirdən kənarlaşdırıb. 2:0 hesablı qələbə ona yarımfinalda oynamaq hüququ verib. Ötən ilin çempionu Günay Məmmədzadə isə hər iki partiyada Ayan Allahverdiyevaya uduzaraq mübarizəni dayandırıb.

Riad Səmədov - Rauf Məmmədov, Eltac Səfərli - Məhəmməd Muradlı, Nicat Abasov - Aydın Süleymanlı cütlərində qalib müəyyənləşməyib. Nərmin Abdinova - Türkan Məmmədyarova və Gülnar Məmmədova - Xanım Balacayeva qarşılaşmalarında da bərabərlik qeydə alınıb. Bu duellərdə yarımfinala vəsiqə sabah keçiriləcək tay-brekdən sonra dəqiqləşəcək.

Beləliklə, Şəhriyar Məmmədyarov, Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva artıq adlarını yarımfinala yazdırıblar.

İdman.Biz
Chosen
39
9
idman.biz

10Sources