EN

3 gün ərzində 6 mindən çox insan öldürülüb

Ötən il oktyabr ayının sonlarında Çevik Dəstək Qüvvələrinin Sudanın Darfur bölgəsində başladığı hərbi əməliyyatın üç günü ərzində 6000-dən çox insan həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında deyilir.

Ötən il oktyabrın 25-dən 27-dək Faşirdə azı 4400 insanın qətli sənədləşdirilib. Bundan başqa, Çevik Dəstək Qüvvələrinin hücumlarından qaçmağa çalışarkən 1600-dən çox insan öldürülüb.

Qeyd edək ki, Sudanda üç ildir ordu ilə Çevik Dəstək Qüvvələri arasında gedən müharibə on minlərlə insanın həlak olmasına, milyonlarla insanın didərgin düşməsinə səbəb olub.

Chosen
32
9
publika.az

10Sources