EN

“Araz-Naxçıvan”dan minimal hesablı qələbə

Ajans.az xəbər verir ki, ikinci oyun gününə daha iki matç nəzərdə tutulub. Növbəti görüşdə “Araz-Naxçıvan”la “Sumqayıt” üz-üzə gəlib. Qarşılaşma “Araz-Naxçıvan”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, komandanın yeni baş məşqçisi Andrey Demçenkonun rəhbərliyi altında əldə edilən ilk qələbəsi olub. Adıçəkilən komandaların ilk dövrədəki görüşü sumqayıtlıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.  20-ci tur 15 fevral  17:00. “Araz-Naxçıvan” – “Sumqayıt” - 1:0

Qol: Ramon Maçado, 45+5-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev

Chosen
18
2
Ajans.az

3Sources