EN

Andrey Demçenko: “Bu gün hamı can yandırırdı”

Misli Premyer Liqasının XX turunda "Araz-Naxçıvan" "Sumqayıt"ı (1:0) məğlub edib.

Apasport.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin baş məşqçisi Andrey Demçenkonun mətbuat konfransı keçirilib.

"Yaxşı oynadıq və istədiyimiz üç xalı qazandıq. Futbolçularım döyüşürdülər, qələbə üçün hər şeyi etdilər. Görmək istədiklərimizi gördük, futbolçuların istəyi var idi. Öyrənməli olduğumuz nüanslar var ki, işləməliyik. Futbolçulara da təşəkkürümü etdim. Aydın idi ki, hamı bu gün can yandırırdı".

- Sizin üçün daha önəmli olan bir qələbə ilə futbolçuların psixolojini durumunu düzəldəsiz, yoxsa istənilən halda oyun sisteminizi qəbullandırmaq üçün zamana daha çox ehtiyacınız var?

- Biz sistem üzərində çalışırıq. Vacib olan odur ki, futbolçularda istəyi gördük. Futbolçuların hamısı motivasiyalıdır, özgüvənləri yerindədir.

“Neftçi” Yevlaxdan 3 xalla qayıdır - YENİLƏNİB

Ohori “Neftçi” ilə matça niyə çıxmır? - ÖZƏL

Hansı oyun, hansı kanalda? - TV AFİŞA

Rəşad Sadıqov: “Avrokuboklar bizim əsas məqsədimizdir”

Füzuli Məmmədov: “Hakimlər bizim matçlarda çox diqqətli olsunlar”

Chosen
29
apasport.az

1Sources