EN

Rusiyanın neft terminalı VURULDU

Ajans.az  xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı öz "Telegram" kanalında məlumat yayıb.  Məlumata görə, obyekt neft, neft məhsulları və mayeləşdirilmiş karbohidrogen qazlarının rezervuar parklarından dəniz gəmiləri ilə sonrakı yüklənməsi üçün köçürülməsində ixtisaslaşıb. Terminal Rusiya neftinin ixracını təmin edir və Qara dəniz donanmasının logistik imkanlarını dəstəkləyir. Krım körpüsünə yaxınlığı onun Rusiya ordusunun təminatındakı rolunu gücləndirir.

Hücum nəticəsində bir sıra partlayışlar qeydə alınıb. Vurulmanın ətraflı nəticələri dəqiqləşdirilir. Bundan əlavə, Baş Qərargahın məlumatına görə, Krımda "Pantsir-S1" zenit raket kompleksi uğurla vurulub.

Chosen
13
6
Ajans.az

7Sources