EN

“Nyukasl” Bakıya şad xürrəm gəlir mövsümün kəşfini devirdilər

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İngiltərə kubokunda 1/16 final oyunları keçirilir. “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Nyukasl” premyer-liqada ortalarda qərarlaşsa da, bu turnirdə yetərincə inamlıdı. “Sağsağanlar” dünən səfərdə “Aston Villa”nı 3:1 hesabıyla məğlub etməklə 1/8 finala adladı. Tonali dubl etdi, Voltemade 24 yaşını tamamladığı gün fərqləndi. “Aston Villa” cari mövsümün kəşflərindən sayılır, hazırda premyer-liqada yalnız “Arsenal”la “Mançester Siti”dən geri qalır. Ədalət naminə onu da deyək ki, birmingemlilər artıq 45-ci dəqiqədə Bizotun birbaşa qırmızı vərəqə ilə meydandan qovulması üzündən azlıqda qalmışdı.“Nyukasl”ın dünən meydana çıxan heyəti: Ramsdeyl, Holl, Bern, Tiav, Trippyer (A.Merfi, 90), Remsi (Uillok, 80), Tonali, Osula (Qordon, 63), Barns, C.Merfi (Elanqa, 63), Voltemade.ORXAN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
1
icma.az

2Sources