EN

Nigeriyada terror hücumu: 32 nəfər öldürüldü

BAKI, 15 fevral. TELEQRAF

Nigeriyanın qərb hissəsində silahlı terrorçuların üç kəndə hücumu nəticəsində azı 32 yerli sakin həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə "Arise" telekanalı yerli polis idarəsinin rəsmi nümayəndəsi Vasiu Abioduna istinadən məlumat yayıb.

Faciəvi hadisə ötən gecə ölkənin Niger ştatında yerləşən Tuqan-Makeri, Konsoko və Pissa kəndlərində qeydə alınıb.

Rəsmi məlumata görə, terrorçular kəndlərə basqın edərək dinc əhalini qətlə yetiriblər. Ölənlərin dəqiq sayının artacağı istisna edilmir. Bundan əlavə, naməlum istiqamətə aparılan girovların sayı da hələlik dəqiqləşdirilməyib.

Telekanal qeyd edir ki, cinayətin törədilmə üslubu "Boko Haram" ekstremist qruplaşmasının hücumlarını xatırladır.

Xatırladaq ki, fevralın 11-də Nigeriya Silahlı Qüvvələri çoxsaylı terror aktları və adam oğurluğunda ittiham olunan "Boko Haram" qruplaşmasına qarşı genişmiqyaslı hücum əməliyyatına başladığını elan edib.

Chosen
21
4
teleqraf.com

9Sources