EN

“Mançester Siti” 145 illik rekordu təkrarladı

"Mançester Siti" İngiltərə Kubokunda 145 illik rekordu təkrarlayıb.

"Yeni Sabah" xəbər verir ki, "şəhərlilər" buna ötən gün 1/16 final mərhələsində "Solford Siti"ni (2:0) məğlub etməklə nail olub.

Mançester təmsilçisi bu turnirdəki ev oyunlarında ardıcıl 17-ci qələbəsini qazanıb.

Tarixdə sonuncu belə seriyaya 1873-cü ildən 1881-ci ilədək "Klephem Rovers" komandası imza atıb./Report


Telegram kanalımız
Chosen
124
6
yenisabah.az

8Sources