EN

Kadırovun oğlunun dalağı çıxarıldı

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Qroznıda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alıb.

"Ölkə.az" xəbər verir ki, “Novaya qazeta Yevropa”nın məlumatına görə, ona dalaq çıxarılması əməliyyatı aparılıb. Görmə sinirinin zədələnməsi səbəbindən bir gözündə görmə qabiliyyətini itirmə riski mövcuddur.

Bildirilir ki, o, təxminən üç həftə Moskvanın Botkin adına xəstəxanasında müalicə alıb və daha sonra evə buraxılıb.

Ramzan Kadırov isə bəyan edib ki, oğlu ilə bağlı qəza hadisəsinə medianın diqqəti həddindən artıq olub.Məlumata görə, kortejdən olan mühafizəçilər də ağır xəsarətlər alıblar.(Bizim.Media)

Chosen
16
4
olke.az

5Sources