EN

Danimarkanın Baş naziri: Biz təhdidlərlə üzləşirik

Yazını böyüt
Yazını kiçilt

Qrenlandiya sakinləri təhdidlərə məruz qalmamalıdır və adaya yönələn təzyiq qəbuledilməzdir.

Hafta.az xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen bildirib.

“Biz təhdidlərlə üzləşirik. Qrenlandiya xalqı əvvəllər heç vaxt təhdid olunmayıb, buna görə də bu təzyiq qəbuledilməzdir”, – deyə o qeyd edib.

Baş nazir Münxen Təhlükəsizlik Konfransı çərçivəsində çıxışı zamanı Danimarkanın ABŞ ilə əməkdaşlığa hazır olduğunu, lakin Kopenhagenin bəzi məsələlərdə güzəştə getməyəcəyini vurğulayıb.

Frederiksen bildirib ki, ABŞ Prezidenti Donald Tramp hələ də Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanı ilhaq etmək niyyətindədir.

Xatırladaq ki, daha əvvəl Tramp Qrenlandiyanın ABŞ-ın tərkibinə daxil edilməsində israr etmişdi. Bu bəyanatlar həm Danimarka, həm də Qrenlandiya hakimiyyətinin etirazına səbəb olmuşdu. Daha sonra isə NATO-nun Baş katibi Mark Rutte kompromis təklifini irəli sürmüşdü.

Chosen
10
5
hafta.az

6Sources