EN

Rubio G7 həmkarları ilə Ukrayna məsələsini müzakirə edib

ABŞ Dövlət katibi Marko Rubio Ukrayna nizamlanması məsələsini G7 ölkələrinin xarici işlər nazirləri ilə müzakirə etdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, Rubio bu barədə sosial media hesabında yazıb: “Biz Rusiya ilə Ukrayna arasındakı münaqişəyə son qoymaq, Venesuelada sabitliyə nail olmaq və bütün dünyada sülh və rifahın təşviqi üçün qlobal təhdidlərə qarşı mübarizə yollarını müzakirə etdik”.

Rubio, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdüyünü qeyd edib. “Biz Ukraynanın təhlükəsizliyi, eləcə də müdafiə və iqtisadiyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsini müzakirə etdik”, – deyə o vurğulayıb.

Dövlət katibi Ukrayna böhranına toxunaraq əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp “qan tökülməsinə birdəfəlik son qoyacaq bir həll yolu axtarır”.

Rubio bu görüşləri Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirib.

Chosen
14
3
yeniazerbaycan.com

4Sources