EN

Sərnişin avtobusu yük maşını ilə toqquşdu 11 nəfər öldü

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Pakistanın cənubunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 11 nəfər həlak olub.

Avtosfer.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Hadisə ölkənin Sind əyalətinin Xeyrpur rayonunda qeydə alınıb.

Məlumata görə, sərnişin avtobusunun ağır tonnajlı yük maşını ilə toqquşması nəticəsində 11 nəfər hadisə yerində dünyasını dəyişib, çox sayda insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Xatırladaq ki, bu, son bir həftə ərzində regionda baş verən ikinci analoji hadisədir. Ötən cümə günü Sind əyalətinin inzibati mərkəzi olan Kəraçi şəhəri yaxınlığında baş verən digər bir dəhşətli qəza nəticəsində azı 14 nəfər həyatını itirmişdi.

Oxunub 40

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
1
avtosfer.az

2Sources