EN

Moskvadan İrəvanın KTMT dəki rolu haqda vacib açıqlama

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın öhdəliklərinə əməl etməsini təmin etmək üçün onun hərəkətlərini yaxından izləyir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. 

Nazir müavininin sözlərinə görə, KTMT çərçivəsində əməkdaşlıq kontekstində Moskva üçün ən vacib şey Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə vurğuladığı kimi, İrəvanın təşkilatın tamhüquqlu üzvü olaraq qalmasıdır.

“Biz Ermənistanı müttəfiq əməkdaşlığından kənarda qoymuruq, təşkilat daxilində qəbul edilən bütün qərarlara qoşulmaq imkanını qoruyub saxlayırıq.

Eyni zamanda, əlbəttə ki, tərəfdaşlarımızın Qərb ölkələri ilə münasibətlərindəki hərəkətlərini, o cümlədən KTMT öhdəliklərinə riayət etmələrini diqqətlə izləməyə davam edirik”, – deyə o bildirib. 

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
98
globalinfo.az

1Sources