Azərbaycan atleti, milli komandanın üzvü İsmayıl Əliyev Qazaxıstanda keçirilən beynəlxalq yarışda uğurlu nəticə ilə yadda qalıb.
İdman.Biz xəbər verir ki, Olqa Ripakova mükafatı uğrunda Qış Dünya Turu – Gümüş səviyyə yarışının Ust-Kamenoqorsk şəhərində baş tutan mərhələsində atlet nüvəitələmə növündə çıxış edib.
Əliyev 16,58 metr nəticə göstərərək yarışı ikinci pillədə başa vurub və gümüş mükafata sahib çıxıb.