AZ

İsmayıl Əliyev beynəlxalq turnirdə fəxri kürsüyə qalxdı

Azərbaycan atleti, milli komandanın üzvü İsmayıl Əliyev Qazaxıstanda keçirilən beynəlxalq yarışda uğurlu nəticə ilə yadda qalıb.

İdman.Biz xəbər verir ki, Olqa Ripakova mükafatı uğrunda Qış Dünya Turu – Gümüş səviyyə yarışının Ust-Kamenoqorsk şəhərində baş tutan mərhələsində atlet nüvəitələmə növündə çıxış edib.

Əliyev 16,58 metr nəticə göstərərək yarışı ikinci pillədə başa vurub və gümüş mükafata sahib çıxıb.

İdman.Biz
Seçilən
22
1
idman.biz

2Mənbələr