Danimarkanın baş naziri Mette Frederiksen fevralın 14-də Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Qrenlandiyanın dəyərini açıqlamaqdan imtina edib.
Bizim.Media xəbər verir ki, tədbirin yayımı konfransın rəsmi saytında həyata keçirilib.
“Mütləq ki, yox. Siz İspaniyanın bir hissəsini, yaxud ABŞ-ın bir hissəsini və ya dünyanın istənilən başqa bölgəsini qiymətləndirə bilərsinizmi?” — deyə o, müvafiq suala cavab verib.
Siyasətçi vurğulayıb ki, Danimarka suveren dövlətdir və qrenlandiyalıların öz müqəddəratını təyinetmə hüququna hörmət edilməlidir. Onun sözlərinə görə, Qrenlandiya xalqı açıq şəkildə bəyan edib ki, amerikalı olmaq istəmir.
Bundan əlavə, ABŞ prezidenti Donald Trampın mövqeyinə münasibət bildirən Frederiksen qeyd edib ki, Danimarka və Avropa onun adaya nəzarət etmək istəyi ilə razı deyil.
Bizim.Media