EN

Maduro və arvadını süni intellekt TUTUB

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ ordusu Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmək üçün əməliyyat zamanı “Anthropic Claude” adlı süni intellekt alətindən istifadə edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.

Ötən ay ABŞ Xüsusi Təyinatlı Qüvvələri ciddi narkotik qaçaqmalçılığı ittihamları ilə Maduro və həyat yoldaşını saxlayıb.

“The Wall Street Journal” qəzetinin məsələ ilə tanış olan mənbələrə istinadən verdiyi məlumata görə, “Claude” “Anthropic” şirkətinin Müdafiə Nazirliyi və federal hüquq-mühafizə orqanları tərəfindən geniş istifadə edilən “Palantir Technologies” məlumat şirkəti ilə tərəfdaşlığı vasitəsilə yerləşdirilib.

“Anthropic” şirkətinin istifadə şərtləri “Claude”-dan zorakılıq, silah inkişafı və ya nəzarət üçün istifadəni qadağan edir.

Qəzetin məlumatına görə, “Anthropic” ABŞ Müdafiə Nazirliyinin gizli əməliyyatlarda istifadə etdiyi süni intellekt modelinin ilk inkişaf etdiricisi olub. “Anthropic” “Claude”-dan Pentaqon tərəfindən necə istifadə edilə biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edib. Bu isə Tramp administrasiyasını ötən yay bağlanan 200 milyon dollara qədər dəyərində müqaviləni ləğv etməsi ilə nəticələnə bilər.

Nəşr qeyd edir ki, süni intellekt alətləri sənəd xülasələrinin tərtib edilməsindən tutmuş muxtar dronların idarə olunmasına qədər hər şey üçün istifadə edilə bilər.

Tramp administrasiyası süni intellektin inkişafına üstünlük verib və dekabr ayında müdafiə naziri Pit Heqset "Amerika müharibəsinin gələcəyi artıq buradadır və bu, süni intellekt adlanır", - deyə bəyan edib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
101
1
cebheinfo.az

2Sources