ABŞ Kiyevə ədalətsiz bir razılaşma təqdim edərsə, Avropa Ukraynanı dəstəkləməyə davam edəcək.
Azreform.info xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib
Polşa xarici işlər naziri bildirib ki, Vaşinqton Ukraynaya təzyiq göstərsə belə müqavilənin nə vaxt bağlanacağına qərar vermək Ukraynanın öz ixtiyarındadır.
O əlavə edib ki, Avropa bundan sonra Kiyevi dəstəkləməyə davam edəcək və əsas yardım təminatçısına çevrilə bilər: "Bu da Moskvanın Aİ-nin mövqeyini görməzdən gəlməsinin qarşısını alar".
Elvin
Azreform.info