EN

KOMİTƏ SƏDRİ AZAL-ı TOPA TUTDU: “Heston Airlines”dən icarəyə götürülən təyyarələr, dövlət dilinin kobud pozuntusu…”

“Dünən Praqadan Bakıya qayıdarkən enişə yaxın özümü SOCAR neftçilərini Dərin Dəniz Özüllərinə aparan helikopterdəki kimi hiss elədim. Ta bilmədim səbəb ekipajın elan etdiyi kimi, təyyarənin turbulent zonaya daxil olması, yoxsa AZAL-ın Heston Airlines şirkətindən icarəyə götürdüyü təyyarə ekipajının təcrübəsi idi…”.

Bu sözləri “Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Feysbuk-dakı hesabında yazıb.

O, daha sonra AZAL rəsmi dilimizi pozmaqda ittiham edib:

“AZAL eniş-qalxma zamanı təyyarə kapitanının adından Azərbaycan dilində sərnişinlərə edilən müraciətdəki (əvvəlcədən yazılmış səs yazısında) “oturacaqları şaquli vəziyyətə gətirin” çağırışına düzəliş edin. Təyyarədəki oturacaqlar, elə həmişə şaqulidir, onu şaquli vəziyyətə gətirməyə ehitiyac yoxdur. Düymələr, ümumiyyətlə, yox idi! Sərnişinlər bütün yolu elə şaquli vəziyyətdə oturmuşdu”

Komitə sədri daha sonra belə bir sual səsləndirib: “Sual: İndi ölkədə “imtahan -ixtisar xəstəliyi sürətlə yayilir. AZAL, bu xəstəlik sizdə də tətbiq olunmayıb ki?

Şaquli oturduğum oturacaqdan elə hey boylanıb azərbaycanlı işçilər axtardım, tapmadım”.

//MİA.AZ

Chosen
86
1
editor.az

2Sources